Azinfo » Dünya Xəbərləri » Amerika xəbərləri » Xakerlər külli miqdarda kriptovalyuta ələ keçirib

Xakerlər külli miqdarda kriptovalyuta ələ keçirib

Tarix : 15-04-2022   /   Dünya Xəbərləri / Amerika xəbərləri  

ABŞ kəşfiyyatı ötən ay 620 milyon dollar kriptovalyutanın ələ keçirilməsində Şimali Koreya ilə əlaqəli xaker qrupunu ittiham edib.

MKİ-nin məlumatında göstrilir ki, Lazarus və APT38 adlı qruplar KXDR-lə sıx əlaqədardır. Xakerlər vəsaiti ələ keçirmək üşün onlayn oyunlardan istifadə ediblər.

ABŞ hərbi kəşfiyyatı bildirir ki, Şimali Koreyanın “121-ci büro” adlı xaker qrupu həm ölkə daxilində, həm də xaricdə işləyir. Qriupun hazırda 6 mindən çox üzvü var. Ümumiyyətlə, şimali koreyalı xakerlər ötən il 400 milyon dollardan çox vəsaiti öz hesablarına keçirə biliblər.

Şərhlər: 0

Şərh yaz