Azinfo » Dünya Xəbərləri » Amerika xəbərləri » Pentaqon: Rusiya son həftədə Ukraynaya 17 batalyon taktiki qrup yerləşdirib

Pentaqon: Rusiya son həftədə Ukraynaya 17 batalyon taktiki qrup yerləşdirib

Tarix : 20-04-2022   /   Dünya Xəbərləri / Amerika xəbərləri  

Rusiya qüvvələri son həftə ərzində Ukraynaya 17 əlavə batalyon taktiki qrup (BTQ) yerləşdirib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Qeyd edilib ki, son 24 saat ərzində Rusiya Ukraynaya 4 yeni BTQ cəlb edib ki, onlardan üçü ölkənin şərqinə - Donbas regionuna yerləşdirilib.

Bununla da Rusiyanın Ukraynanın daxilindəki BTQ-lərinin sayı 82-yə çatıb.

Pentaqon rəsmisi əlavə edib ki, bu BTQ-lərin hamısı yalnız piyadalardan ibarət deyil.

“Onlar fuksional baxımdan təşkilatlandırılıb. Bəziləri piyada, bəziləri artilleriya, bəziləri zirehli, mexanikləşdirilmiş və.s qruplardır” – məlumatda bildirilir.

Şərhlər: 0

Şərh yaz