Boqotada partlayış olub, 11 nəfər yaralanıb

Kolumbiyanın paytaxtı Boqotanın cənubunda polis idarələrinin birində partlayış olub.
Azinfo.az “El Tiempo” nəşrinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində ən azı 11 nəfər yaralanıb.
Yaralananlar arasında 2 uşaq da var.
Partlayış zamanı 60-dan çox evin pəncərələrinin şüşələri də sınıb.
Kolumbiya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib və hücumda iştirak edənlərin yerini bildirənlərə 80 min dollar mükafat vəd edib.
Şərhlər: 0
Şərh yaz
