Azinfo » Dünya Xəbərləri » Amerika xəbərləri » Blinken Çini demokratik normalara təcavüz etməkdə ittiham edib

Blinken Çini demokratik normalara təcavüz etməkdə ittiham edib

Tarix : 04-05-2022   /   Dünya Xəbərləri / Amerika xəbərləri  


ABŞ dövlət katibi Entoni Blinken Çinin hibrid müharibəsində Tayvanın ön sıralarda olduğunu iddia edir.

Azinfo.az APA-ya istinadən xəbər verir kİ, jurnalistlər üçün keçirdiyi brifinqdə çıxış edən dövlət katibi Pekini tənqid edib.

O Çini dünyada söz azadlığına və demokratik normalara təcavüz etməkdə ittiham edib.

“Tayvan sözün əsl mənasında Çinin hibrid müharibəsində, o cümlədən dezinformasiyada və kiberhücumlarda ön sıralardadır”,- deyə Blinken bildirib.

Şərhlər: 0

Şərh yaz