Azinfo » Dünya Xəbərləri » Amerika xəbərləri » Bayden Türkiyənin NATO-ya etirazını Ərdoğanla müzakirə etmək istəmir

Bayden Türkiyənin NATO-ya etirazını Ərdoğanla müzakirə etmək istəmir

Tarix : 20-05-2022   /   Dünya Xəbərləri / Amerika xəbərləri  
Türkiyənin NATO-ya etirazı Rəcəb Tayyib Ərdoğanla müzakirə edilməyəcək.

Bu sözləri ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan bildirib.

O bildirib ki, Ankaranın NATO-nun genişlənməsi ilə bağlı narahatlığı fonunda ABŞ Prezidenti Co Baydenin türkiyəli həmkarı Tayyib Ərdoğanla indiki mərhələdə əlaqə qurmaq planları yoxdur.

Çərşənbə günü Finlandiya və İsveç Alyansa qoşulmaq üçün ərizələri NATO-nun baş katibi Yens Stoltenberqə təhvil verib.
Türkiyə də öz növbəsində daha əvvəl bəyan etmişdi ki, NATO İsveç və Finlandiyanı kürd probleminə yanaşmasına görə “hə” deyə bilməz.

Şərhlər: 0

Şərh yaz