Azinfo » Dünya Xəbərləri » Amerika xəbərləri » Nigerdə terrorçularla toqquşmada 6 hərbçi ölüb

Nigerdə terrorçularla toqquşmada 6 hərbçi ölüb

Tarix : 06-07-2022   /   Dünya Xəbərləri / Amerika xəbərləri  
Nigerin Çadla sərhədində ordu ilə terror qruplaşmaları araslında toqquşma baş verib.

Nigerin Müdafiə Nazirliyi bildirib ki, posta hücum zamanı 6 əsgər həlak olub, 14-ü yaralanıb. Hücum edənlərin 17 nəfəri öldürülüb, çox sayda silah-sursat ələ keçirilib.

Müdafiə Nazirliyi hücumu hansı terror qruplaşmasının həyata keçirdiyini bildirməsə də, yerli media bunun Boko Haram və ya Qərbi Afrika İslam Dövləti olduğunu ehtimal edir.

Şərhlər: 0

Şərh yaz