Reuters: ABŞ Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketi verməyə hazırlaşır
ABŞ Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketi verməyi planlaşdırır.Bu barədə Reuters agentliyi məlumat yayıb.
Bildirilir ki, paketə uzaqmənzilli silahlar üçün döyüş sursatları, həmçinin zirehli tibbi nəqliyyat daxildir.
Qeyd edilir ki, yardım paketinin tərkibi və əhatə dairəsi ilə bağlı detallar Prezident tərəfindən yekun təsdiq edilənə qədər dəyişə bilər.
Şərhlər: 0
Şərh yaz
