Azinfo » Dünya Xəbərləri » Amerika xəbərləri » FTB Trampın evində axtarış aparıb

FTB Trampın evində axtarış aparıb

Tarix : 09-08-2022   /   Dünya Xəbərləri / Amerika xəbərləri  


ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) sabiq prezident Donald Trampın evində axtarışla bağlı şərh verməyib. Lakin axtarışın bəzi detalları məlum olub.

Bir müddət əvvəl ABŞ-ın Milli Arxivi Trampın vəzifədən gedərkən özü ilə apardığı 15 qutu sənədi geri verməyi tələb etmişdi. Bunların arasında tam məxfi sənədlər, xəritə və Şimali Koreyaya dair qovluqlar yer alırdı.

1978-ci ildə qəbul edilmiş qanuna görə, prezidentin səlahiyyət müddəti başa çatdıqda bütün sənədləri saxlanmaq üçün arxivə verməlidir. Milli Arxiv Trampın sənədləri götürməsi faktına görə məhkəməyə müraciət edib.

Şərhlər: 0

Şərh yaz