Azinfo » Dünya Xəbərləri » Amerika xəbərləri » Trass və Bayden ölkələr arasında müdafiə ittifaqını gücləndirmək barədə razılığa gəliblər

Trass və Bayden ölkələr arasında müdafiə ittifaqını gücləndirmək barədə razılığa gəliblər

Tarix : 07-09-2022   /   Dünya Xəbərləri / Amerika xəbərləri  
Böyük Britaniyanın baş naziri Liz Trass və ABŞ prezidenti Co Bayden telefonla danışıb.

Bu barədə Britaniya hökuməti başçısının ofisi məlumat yayıb

İki ölkə müdafiə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

“Baş nazir və prezident Bayden ABŞ-Böyük Britaniya xüsusi əlaqələrinin davamlı gücü haqqında danışıblar. Onlar güclü müdafiə sisteminin NATO və Avstraliya-Böyük Britaniya-ABŞ müdafiə tərəfdaşlığı AUKUS vasitəsilə genişləndirmək barədə razılığa gəliblər",- deyə bildirilib.

Qeyd olunur ki, Trass və Bayden dünya azadlığını gücləndirmək, avtokratiyaların yaratdığı təhdidlərlə mübarizə aparmaq, həmçinin Rusiyanın Ukraynada məğlub olmasını təmin etmək öhdəliyinə sadiqliklərini təsdiqləyiblər.

Şərhlər: 0

Şərh yaz