Azinfo » Dünya Xəbərləri » Amerika xəbərləri » Co Bayden dünya müsəlmanlarını təbrik edib

Co Bayden dünya müsəlmanlarını təbrik edib

Tarix : 02-04-2022   /   Dünya Xəbərləri / Amerika xəbərləri  

ABŞ Prezidenti Co Bayden dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Azinfo.az APA-ya istinadən_ xəbər verir ki, bu barədə amerikalı lider "Twitter" hesabında paylaşım edib.

“Jil və mən Ramazan ayının əvvəli ilə əlaqədar Birləşmiş Ştatlarda və bütün dünyada yaşayan müsəlman icmalarına ən xoş arzularımızı çatdırırıq.

Xalq Evindən öz evlərinizə, Sizə və yaxınlarınıza bərəkətli və tərəqqili bir ay arzulayırıq. Ramazan ayınız mübarək!”, - dövlət başçısı sosial şəbəkə hesabında yazıb.

Şərhlər: 0

Şərh yaz