Azinfo » Dünya Xəbərləri » Amerika xəbərləri » Pentaqon: Baxmut strateji deyil, simvolik dəyərə malikdir

Pentaqon: Baxmut strateji deyil, simvolik dəyərə malikdir

Tarix : 06-03-2023   /   Dünya Xəbərləri / Amerika xəbərləri  
Baxmut şəhəri Ukrayna üçün strateji deyil, simvolik dəyərə malikdir.

Bunu İordaniyada səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

Nazirin sözlərinə görə, Baxmut şəhəri təslim olarsa, bu o demək deyil ki, ruslar müharibənin gedişatını dəyişəcəklər.

Qeyd edək ki, hazırda Baxmut şəhəri uğrunda şiddətli döyüşlər davam edir. Həm Rusiya, həmçinin Ukrayna Silahlı Qüvvələrinin itki verməsi barədə məlumatlar daxil olur.

Şərhlər: 0

Şərh yaz