İranda qayıq batıb, ölənlər var
İranda tur qayığı batıb.
Tehran bürosunun məlumatına görə, İranın Xozestan əyalətinin Xorrəmşəhr bölgəsində Karun çayında 12 sərnişini olan qayıq batıb.
Məlumata görə, qayıqda 12 sərnişin olub. 3 nəfərin cəsədi sudan çıxarılıb, 1 nəfər itkin düşüb.
Qayıqda olan digər sərnişinlər xilas edilib. Həyatını itirən sərnişinlər 8-11 yaşlı uşaqlardır.
Şərhlər: 0
Şərh yaz
