Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » Yaponiya Polşada ukraynalı istehkamçılara təlim keçməyə hazırlaşır

Yaponiya Polşada ukraynalı istehkamçılara təlim keçməyə hazırlaşır

Tarix : 28-04-2023   /   Dünya Xəbərləri / Asiya xəbərləri  
Yaponiya hökuməti Polşada ukraynalı istehkamçılara təlim keçməyə hazırlaşır.

Azinfo.az APA Yaponiyanın “Sankei Shimbun” nəşrinə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətindəki mənbələrdən bildirilib.

Qeyd olunub ki, təlimlərin mina aşkar edən müasir avadanlıqdan istifadə etməklə, iyul ayında keçirilməsi planlaşdırır.

Təlimə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) rəhbərlik edəcək və kambocalı mütəxəssislər cəlb olunacaq.

Xatırladaq ki, Yaponiya minaları yüksək dəqiqliklə aşkar etməyə imkan verən dörd ədəd yerli istehsal olan ALIS qurğusunu Kiyevə təhvil verib.

Şərhlər: 0

Şərh yaz