Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » Ərdoğan: 14 mayda əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır

Ərdoğan: 14 mayda əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır

Tarix : 16-05-2023   /   Dünya Xəbərləri / Asiya xəbərləri  
“Cümhur İttifaqı” olaraq, ölkəmizin ən gərgin seçkilərinin ilk sınağından, Allaha həmd olsun ki, uğurla çıxdıq.

Bu sözləri Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter“ hesabında paylaşıb.

Ərdoğan seçki zamanı təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, çətinliklər qarşısında təslim olmadan mübarizə apardıqlarını vurğulayıb: “İndi isə 14 mayda əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır”.

Prezident 28 may tarixinin “Türkiyə yüz ili”nin müjdəçisi olacağını deyib: “Türkiyə bizdən xidmət gözləyir, hərəkət gözləyir, millətimiz bizdən onu hədəfləri ilə bir araya gətirməyi gözləyir. Zəlzələdən zərərçəkənlərimiz yaralarının tezliklə sağalmasını gözləyirlər”.

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Nəticələrə əsasən, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,51%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncə isə seçicilərin 0,44%-i səs verib. Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-i baş tutacaq.

Şərhlər: 0

Şərh yaz