Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » Yaponiyada 4 mindən çox adam kosmonavtlıq üçün müraciət edib

Yaponiyada 4 mindən çox adam kosmonavtlıq üçün müraciət edib

Tarix : 05-04-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  

Yaponiyada 4 mindən çox adam kosmonavtlıqla bağlı müsabiqədə iştirak etmək üçün müraciət edib.

Bu barədə Kyodo agentliyi Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyinə (JAXA) istinadla məlumat verib.

Namizədlər 4 mərhələdə imtahandan keçdikdən sonra gələn fevralda təlimə cəlb ediləcək və işə başlayacaqlar.

İddiaçılardan azı 3 il iş stajı və ali təhsil tələb olunur. Müsabiqədən keçən şəxslər ilk mərhələdə aylıq 360 000 yen (5 200 AZN) maaşla təmin olunacaq. Məqsəd yaxın illərdə Aya uçacaq heyəti hazırlamaqdır.

Şərhlər: 0

Şərh yaz