Məşhəddə İmam Rza məqbərəsində tələbələrə hücum olub, ölən var

İranın Məşhəd şəhərində naməlum şəxs İmam Rza məqbərəsində dini təhsil alan tələbələrə bıçaqla hücum edib.
Hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə yerində olan ziyarətgah xidmətçiləri və əhalinin köməyi ilə hücum edən şəxs saxlanılıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Şərhlər: 0
Şərh yaz
