Yəmən Prezidenti səlahiyyətlərini İdarə Şurasına təhvil verib

Yəmən Prezidenti Əbd Rəbbu Mənsur Hadi Ər-Riyadda ölkədaxili danışıqlardan sonra Prezident İdarə Şurasının yaradıldığını və keçid dövrü üçün dövlətin idarəetmə səlahiyyətlərinin həmin Şuraya təhvil verildiyini bəyan edib.
Əbd Rəbbu Mənsur Hadi, həmçinin vitse-prezident Əli Möhsün əl-Əhmərə tutduğu vəzifələri tərk edəcək.
rYeni Şura həm Prezidentin, həm də onun müavininin səlahiyyətlərini yerinə yetirəcək.
Ölkə başçısı Rişad Məhəmməd əl-Aliminin şuraya rəhbərlik edəcəyini bildirib. Şuranın tərkibinə ölkənin keçmiş prezidenti Tarek Salehin qardaşı oğlu və Yəmənin cənubunu idarə edən separatçı Cənubi Yəmənin Keçid Şurasının rəhbəri Aydarus əl-Zubeydi də daxil olmaqla daha 7 nəfər daxildir.
Şura Yəmən dövlətinin maraqlarına cavab verən, ölkənin müstəqilliyini və suverenliyini, habelə sərhədlərinin toxunulmazlığını təmin edən balanslaşdırılmış xarici siyasət yürüdəcək
Şərhlər: 0
Şərh yaz
