Pakistan “Şahin-III” ballistik raketini uğurla sınaqdan keçirib

Pakistan “Şahin-III” uzaqmənzilli “yer-yer” ballistik raketini uğurla sınaqdan keçirib
Bu barədə şənbə günü ölkənin Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
“Məqsəd silah sisteminin müxtəlif konstruktiv və texniki parametrlərinin yenidən sınaqdan keçirilməsi olub”, - deyə məlumatda bildirilir.
Şahin-III raketi nüvə və adi döyüş başlıqlarını daşımaq qabiliyyətinə malikdir.
Onun uçuş məsafəsi 2750 km-dir.
Şərhlər: 0
Şərh yaz
