Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » SEPAH yanacaq qaçaqmalçılığına cəhd edən xarici gəmini saxlayıb

SEPAH yanacaq qaçaqmalçılığına cəhd edən xarici gəmini saxlayıb

Tarix : 10-04-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  

İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) Fars Körfəzində yanacaq qaçaqmalçılığına cəhd edən daha bir xarici gəmini saxlayıb.

Gəmi Hörmuzqan əyalətinin Parsiyan şəhərinin 30 mil yaxınlığında saxlanılıb.

Məlumata görə, gəmidən 250 min litr yanacaq müsadirə olunub. Gəminin 13 ekipaj üzvi barəsində həbs qərarı çıxarılıb. Onlardan 1 nəfər Pakistan, 3 nəfər Suriya və 9 nəfər Hindistan vətəndaşıdır.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, bir neçə gün öncə də İran Fars Körfəzi sularında yanacaq qaçaqmalçılığına cəhd edən Tanzaniyaya aid bir gəmini saxlamış və onun 11 ekipajı barədə həbs qərarı çıxarmışdı.

Şərhlər: 0

Şərh yaz