Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » İstanbul Boğazında minaya bənzər obyekt aşkarlanıb

İstanbul Boğazında minaya bənzər obyekt aşkarlanıb

Tarix : 26-03-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  

Bu gün səhər saatlarında İstanbul Boğazında minaya bənzər obyekt aşkarlanıb.

Azinfo.az APA-nın yerli bürosunun xəbərinə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerinə dərhal Sualtı Müdafiə Qrupları (SAS) cəlb edilib və onun zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat başlanılıb.

Qeyd edək ki, Ukraynanın Odessa limanın ətrafı minalanıb. Son günlər həmin minalardan bir neçəsinin güclü axıntılar səbəbindən Qara dənizdə sürükləndiyi və İstanbul boğazına da çata biləcəyi barədə xəbərdarlıqlar edilirdi.

Şərhlər: 0

Şərh yaz