Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » Quterriş Türkiyəyə səfər edəcək

Quterriş Türkiyəyə səfər edəcək

Tarix : 24-04-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  

BMT-nin Baş katibi Antoniu Quterriş aprelin 25-də Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.

Bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində A.Quterrişin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.
Aprelin 26-da BMT-nin Baş katibi Moskvaya yola düşəcək. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək və Prezident Vladimir Putin tərəfindən qəbul ediləcək.

Həmçinin aprelin 28-də A.Quterriş Ukraynaya səfər edəcək və xarici işlər naziri Dmitro Kuleba və Prezident Volodimir Zelenski ilə danışıqlar aparacaq.

Şərhlər: 0

Şərh yaz