Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » İranın xarici işlər naziri: "ABŞ İranın qırmızı xətlərini bilir"

İranın xarici işlər naziri: "ABŞ İranın qırmızı xətlərini bilir"

Tarix : 03-05-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  
Vyana müzakirələri dayandırılmayıb və başqa bir formatda ABŞ və İran arasında məktublaşmaqla davam etdirilir.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan deyib.

H.Əmirabdullahiyan deyib ki, məktublaşma Avropa İttifaqının Vyana müzakirələrindəki nümayəndəsi vasitəsilə aparılır: "Bu müzakirələrdə hədəfimiz güclü və davamlı razılıq əldə etməkdir. ABŞ İranın qırmızı xətlərini bilir. Müzakirələri davam etdirəcəyik, razılıq əldə olunarsa nümayəndəmiz Vyanada son razılaşmanı imzalayacaq."



Şərhlər: 0

Şərh yaz