Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » İran XİN: Sanksiyaların aradan qaldırılması istiqamətində işlər aparılır

İran XİN: Sanksiyaların aradan qaldırılması istiqamətində işlər aparılır

Tarix : 11-05-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  
Sanksiyaların neytrallaşdırılması və aradan qaldırılması istiqamətində işlər aparılır.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Twitter“ hesabında İranın “5+1” ölkələri ilə yaxşı və güclü razılaşma əldə etmək səyləri haqqında münasibət bildirərkən yazıb.

O qeyd edib ki, ölkənin iqtisadi transformasiyadan qorunması və subsidiya sisteminin ədalətli bölüşdürülməsi əsas strategiyadır: “İranın yaxşı, güclü və qalıcı razılaşma əldə edilməsində “qırmızı xətlər”ini qorumaqla, sanksiyaların ləğvi üçün danışıqlar düzgün istiqamətdə aparılacaq”.
Xatırladaq ki, İranın nüvə proqramına dari İran və “5+1” ölkələri arasında imzalanan Hərtərəfli Birgə Fəaliyyət Planının dirçəldilməsi və sanksiyaların ləğvi səylərinin davamı çərçivəsində Avropa İttifaqının xarici işlər nazirinin müavini Enrike Moranın Tehrana rəsmi səfər edəcəyi gözlənilir.

Şərhlər: 0

Şərh yaz