Qum qasırğası İraqda ciddi problemlər yaradıb
Apreldə başlayan qasırğa daha da intensivləşib.
İraq Səhiyyə Nazirliyinin məlumatına görə, mindən çox sakin tənəffüs problemlərinə görə xəstəxanaya yerləşdirilib.
Bağdad şəhərini qalın toz qatı bürüyüb. Paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Baş nazir bütün zəruri olmayan fəaliyyət sahələrində işin dayandırılmasına göstəriş verib. Bağdad, Nəcəf və Ərbil beynəlxalq aeroportlarında uçuşlar təxirə salınıb.
Şərhlər: 0
Şərh yaz
