Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » Suriyada avtobusda törədilən terror aktı nəticəsində 3 nəfər ölüb

Suriyada avtobusda törədilən terror aktı nəticəsində 3 nəfər ölüb

Tarix : 03-06-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  
Suriyanın şərqində Deyr əz-Zor əyalətində bir qrup terrorçunun avtobusa hücumu nəticəsində 3 nəfər ölüb, azı 21 nəfər yaralanıb.

Bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, silahlı hücum vilayətin cənubundakı Əş-Şula bölgəsində həyata keçirilib.
Ölən və yaralananlar mülki şəxslərdir.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Yaralılara lazımi tibbi yardım göstərilir.

Şərhlər: 0

Şərh yaz