Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » Türkiyə Prezidenti Venesuelaya səfər edəcək

Türkiyə Prezidenti Venesuelaya səfər edəcək

Tarix : 09-06-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında Venesuelaya səfər edəcək.

Bu barədə Türkiyə lideri Anakarada venesuelalı həmkarı Nikolas Maduro ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, həm Nikolas Maduronun Türkiyəyə səfəri həm də onun Venesuelaya səfəri iki ölkə arasında münasibətlərin inkişafına zəmin yaradaraq yeni fürsətlər açacaq.

Bundan əlavə, Ərdoğan iki ölkənin ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq niyyətində olduqlarını da qeyd edib.
Türkiyə Prezidenti həmçinin Venesuelaya qarşı tətbiq olunan birtərəfli sanksiyaları da pisləyib.

Şərhlər: 0

Şərh yaz