Çinin Sian şəhərində koronavirusa görə məhdudiyyət tətbiq edilir
Çinin Sian şəhərində son sutka ərzində koronavirusa 18 yeni yoluxma aşkar edilib.Xəstəliyin yayılmasının qarşısını almaq üçün hökumət tərəfindən bəzi məhdudiyyətlər tətbiq ediləcək.
6 iyuldan etibarən bar, restoran, kafe, ibadət yerləri və əyləncə məkanları 1 həftəlik bağlanacaq. Eyni zamanda insanların 13 milyonluq şəhərə giriş-çıxışına da məhdudiyyət qoyulacaq.
Şərhlər: 0
Şərh yaz
