Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » Şimali Koreyada 3 gündür qızdırma aşkar edilmir

Şimali Koreyada 3 gündür qızdırma aşkar edilmir

Tarix : 01-08-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  


Şimali Koreyada (KXDR) artıq 3 gündür qızdırma aşkar edilmir.

Bu barədə rəsmi Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat verib.

Ölkədə apreldən bəri 4,77 milyon nəfər qızdırmaya yoluxub onlardan 99,99%-i sağalıb, cəmi 144 nəfərin müalicəsi davam edir. Qızdırmadan ölənlərin sayı 74 nəfər, ümumi ölüm səviyyəsi 0,002%-dir.

Agentlik bildirir ki, infeksiya ilə mübarizə davam edir.

Qeyd edək ki, rəsmi mənbələr koronavirus xəstəliyinin sərhəddə xidmət keçən əsgərin yad cisimlə təması nəticəsində ölkəyə gəldiyini iddia edirlər.

KXDR-də Covid-19 xəstəliyini “spesifik qızdırma” termini ilə ifadə olunur.

Şərhlər: 0

Şərh yaz