Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » Çin hərbi təlimlərlə əlaqədar Bohai körfəzinin bir hissəsini bağlayıb

Çin hərbi təlimlərlə əlaqədar Bohai körfəzinin bir hissəsini bağlayıb

Tarix : 08-08-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  
Çinin dəniz təhlükəsizliyi administrasiyası Bohai körfəzinin sularının bir hissəsini bağlayıb.

Buna səbəb hərbi təlimlərin keçirilməsi olub.

Təlimlər avqustun 8-dən sentyabrın 8-dək keçiriləcək.

“Nöqtələrlə işarələnmiş zona daxilində hərbi tapşırıqlar yerinə yetiriləcək. Bu zonaya giriş qadağandır”, - deyə sənəddə bildirilir.
Qeyd edək ki, Çin Sarı dənin bir hissəsini də təlimlərlə əlaqədar bağlayıb.

Avqustun 4-də Çin silahlı qüvvələri Tayvan ətrafındakı altı su bölgəsində raket atışları ilə irimiqyaslı hərbi manevrlərə başlayıb.
Təlimlər avqustun 7-də günorta saatlarında başa çatmalı idi.

Təlimlər ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Taypeyə səfərinin başa çatmasından bir gün sonra başlayıb.

Şərhlər: 0

Şərh yaz