Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » İran yeni peyk daşıyıcısını sınaqdan keçirəcək

İran yeni peyk daşıyıcısını sınaqdan keçirəcək

Tarix : 10-08-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  
Yaxın günlərdə İran yeni peyk daşıyıcısını sınaqdan keçirəcək.

Bunu İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur deyib.

O bildirib ki, İran Rusiya ilə "Xəyyam" peykinin birgə istehsal xəttini işə salacaq. "Xəyyam peykinin ikinci, üçüncü və dördüncü variantını birgə istehsal edəcəyik”, - nazir deyib.

O qeyd edib ki, yaxın iki-üç həftə ərzində 100 kiloqram çəkisi olan peyki orbitə çıxara biləcək yeni peyk daşıyıcısı sınaqdan keçiriləcək.

Şərhlər: 0

Şərh yaz