Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » Pxenyan Cənubi Koreyanı hədələyib

Pxenyan Cənubi Koreyanı hədələyib

Tarix : 11-08-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  
Şimali Koreya ölkədə koronavirusu yayma cəhdinə görə Cənubi Koreyanı məhv etməklə hədələyib.

Əmək Partiyasının sədr müavini Kim E Çjonun müvafiq bəyanatını Koreyanın rəsmi KSNA agentliyi yayıb.

“Düşmən ölkəmizə virus yoluxdurmaq kimi təhlükəli işlərdə israrda davam edərsə biz təkcə virusu yox, Cənubi Koreya hakimiyyətini də məhv etməklə cavab verəcəyik” – deyə Kim E Çjon vurğulayıb.

Şimali koreyalı siyasətçi bildirib ki, ölkədə koronavirus cənubla sərhəd ərazilərdə başlayıb.

Qeyd edək ki, Kim E Çjon KXDR-in rəhbəri Kİm Çen Inın bacısıdır.

Şərhlər: 0

Şərh yaz