Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » Türkiyədə müğənni Tarkanın konsert verəcəyi səhnə uçub

Türkiyədə müğənni Tarkanın konsert verəcəyi səhnə uçub

Tarix : 08-09-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  
Türkiyənin İzmir şəhərində konsert üçün qurulan səhnə uçub.

İzmir Böyükşəhər Bələdiyyəsi tərəfindən Cümhuriyyət meydanı yaxınlığında qurulan səhnənin yuxarı hissəsi naməlum səbəbdən çöküb.

Hadisə zamanı işçilərdən biri yaralanıb.

Xilasedicilər dağıntılar altında axtarış-xilasetmə işləri aparır.

İzmir Böyükşəhər Bələdiyyə başçısı Tunç Soyer sosial media hesabından qəza ilə bağlı açıqlama verib.

“Tarkanın səhnəyə çıxacağı konsert məkanında baş vermiş qəzaya görə çox üzr istəyirik. İnsan itkisinin olmaması bizi təsəlli edir. Konsertlə bağlı bir daha məlumat verəcəyik”,- deyə paylaşımda bildirilib.

Xatırladaq ki, konsert proqramı 9 sentyabr - İzmir şəhərinin düşməndən azad edilməsi gününə həsr edilmişdir.

Şərhlər: 0

Şərh yaz