İranda deputatları daşıyan helikopter təcili eniş edib
İranda deputatları daşıyan helikopter təcili eniş edib.Bu gün İranın şimal-şərqindəki sərhəd məntəqələrinə səfər edən ölkə parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvlərini daşıyan helikopter texniki nasazlıq səbəbindən təcili eniş edib.
Helikopter İran və Türkmənistan sərhədində Rəzəvi Xorasan əyalətinin Dərgəz bölgəsinə təcili eniş edib.
Deputatların xəsarət almadığı bildirilir.
Şərhlər: 0
Şərh yaz
