Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » Ərdoğan və Si Cinpin Səmərqənddə görüşüb

Ərdoğan və Si Cinpin Səmərqənddə görüşüb

Tarix : 16-09-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Çin Xalq Respublikasının Sədri Si Cinpin Səmərqənddə görüşüb.

Bu barədə məlumatı Anadolu agentliyi yayıb.

Ərdoğan Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 22-ci sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüş keçirib.

Məlumatda o da qeyd olunur ki, görüş bağlı qapılar arxasında keçirildiyi üçün əlavə təfərrüatlar məlum deyil.

Bu gün Ərdoğanın həmçinin Rusiya Prezidenti Vladimir Putin ilə görüş keçirəcəyi gözlənilir.

Şərhlər: 0

Şərh yaz