Səudiyyə Ərəbistanında Nazirlər Kabinetində dəyişiklik: Kralın oğlu yeni müdafiə naziri olub
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudu krallığın Baş naziri təyin etməsi barədə fərman imzalayıb.Bu barədə “Al-Arabiyya” telekanalı məlumat yayıb.
Bundan başqa Salman bin Əbdüləziz Əl Səudun iştirak etdiyi hökumət iclasları onun sədrliyi ilə keçiriləcək.
Həmçinin Səudiyyə Kralının fərmanı ilə oğlu- Xalid bin Salman bin Əbdüləziz ölkənin müdafiə naziri təyin edilib.
Bu təyinatlardan əvvəl kral özü kabinetə rəhbərlik edib, vəliəhd isə Səudiyyə Ərəbistanının Baş nazirinin birinci müavini və müdafiə naziri olub.
Şərhlər: 0
Şərh yaz
