Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » Pakistanda binanın damının uçması nəticəsində 9 nəfər ölüb

Pakistanda binanın damının uçması nəticəsində 9 nəfər ölüb

Tarix : 10-10-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  
Pakistanın Gilgit-Baltistan bölgəsində yaşayış binasının damının uçması nəticəsində azı 9 nəfər ölüb.

Bu barədə bazar günü “Doon” qəzeti məlumat yayıb.

Hadisə bazar günü səhər saatlarında rayonun şimal hissəsində yerləşən Çilas şəhərində baş verib.
Hadisəyə səbəb kərpic damın bərbad vəziyyətdə olması olub.
Qəzetin yazdığına görə, qəfil çökmə nəticəsində 8 uşaq və bir qadın dünyasını dəyişib.
Nəşrin məlumatına görə, iki saatlıq xilasetmə əməliyyatı zamanı onların cəsədləri dağıntılar altından çıxarılıb.
Qeyd olunur ki, Pakistanın baş naziri Şahbaz Şərif “Twitter“ səhifəsində həlak olanların ailəsinə başsağlığı verib.

Şərhlər: 0

Şərh yaz