Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » İrandakı terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb

İrandakı terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb

Tarix : 27-10-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  
Ötən gün İranda məbəddə baş verən terror aktına görə məsuliyyəti İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzərinə götürüb.

“Figaro” nun  məlumatına görə, müvafiq açıqlama İŞİD-in təbliğat saytlarında yerləşdirilib. Açıqlamada 20 nəfərin öldürüldüyü, bir o qədərinin də yaralandığı göstərilir.

Qeyd edək ki, ötən gün İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib. 3 silahlı şəxsin Şahçerağ ziyarətgahına hücumu zamanı 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

Şərhlər: 0

Şərh yaz