Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » Qazaxıstanda prezidentə qarşı sui-qəsd cəhdi olub

Qazaxıstanda prezidentə qarşı sui-qəsd cəhdi olub

Tarix : 03-04-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  

Qazaxıstanın xüsusi xidmət orqanları ölkə prezidenti Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini saxlayıb.

B​​​​u barədə respublikanın Milli Təhlükəsizlik Komitəsinin (DTX) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, 2022-ci il martın 25-də Nur-Sultan şəhərində DTX-nın əks-kəşfiyyatı Qazaxıstan prezidentinə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agenti, respublika vətəndaşı “A”nı saxlayıb.

Qeyd olunur ki, bundan başqa, saxlanılan şəxs digər yüksək rütbəli dövlət qulluqçularına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinir.

Şərhlər: 0

Şərh yaz