Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » İran ən son hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirib

İran ən son hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirib

Tarix : 01-03-2023   /   Dünya Xəbərləri / Asiya xəbərləri  
İran İslam Respublikası ordusu çərşənbə axşamı təlimlər keçirib.

APA-nın xəbərinə istinadən veririk ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

Bu təlimlərdə ən son “Khordad 15”, “Khordad 3”, “Məcid” və “Dezfoul” hava hücumundan müdafiə sistemləri sınaqdan keçirilib.
Təlim zamanı İran hərbçiləri qısamənzilli Məcid və Dezful raket sistemlərinin imkanlarını qiymətləndirmək üçün qanadlı raketlər və idarə olunan pilotsuz uçuş aparatları ilə simulyasiya edilmiş hücum həyata keçirib.

Bundan əlavə, eyni vaxtda 6-ya qədər hədəfi izləyə bilən “Khordad-15” və “Khordad-3” orta mənzilli hava hücumundan müdafiə sistemləri sınaqdan keçirilib.

Şərhlər: 0

Şərh yaz