Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Malatyada zəlzələdən zərər çəkənlər üçün daha 21 min 622 konteyner qurulacaq

Malatyada zəlzələdən zərər çəkənlər üçün daha 21 min 622 konteyner qurulacaq

Tarix : 10-04-2023   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Türkiyə Fövqəladə Hallar qurumu (AFAD) fevralın 6-da baş verən zəlzələlərin Kahramanmaraşda böyük dağıntılara səbəb olduğundan sonra Malatyada daha 21 min 622 konteyner qurulacağını açıqlayıb.

AFAD-dan verilən açıqlamada, zəlzələlərin təsirli olduğu əyalətlərdə sığınacaq ehtiyacını ödəmək üçün konteyner şəhərlərinin qurulması istiqamətində işlərin davam etdiyi bildirilib.

Açıqlamada, Malatyanın mərkəzində 36 nöqtədə 18 min 896, rayonlarda isə 21 nöqtədə 2 min 726 olmaqla cəmi 21 min 622 konteynerin quraşdırılmasının planlaşdırıldığı qeyd edilib.

Şərhlər: 0

Şərh yaz