Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Azərbaycanlıların kompakt yaşadığı Marneulidə məktəbdə şagirdlər qaz sızmasından zəhərləniblər

Azərbaycanlıların kompakt yaşadığı Marneulidə məktəbdə şagirdlər qaz sızmasından zəhərləniblər

Tarix : 26-04-2023   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin 6 nömrəli ictimai məktəbinin şagirdləri qaz sızmasından zəhərləniblər.

Azinfo.az APA-nın Gürcüstan bürosunun xəbərinə istinadən bildirir ki, faktı Marneuli Resurs Mərkəzi (maarif şöbəsi) təsdiqləyib.

Məlumata görə, qaz sızması nəticəsində məktəbin 3 şagirdi huşunu itirib. Onların xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Zəhərli qazın məktəb binasının yaxınlığındakı müəssisələrdən birindən sızdığı, məktəblə əlaqəli olmadığı açıqlanıb. Təhlükəsizlik səbəbilə məktəb binasında təxliyə həyata keçirilib.

Şərhlər: 0

Şərh yaz