Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Xersonda Rusiyanın çox sayda hərbi texnikası məhv edilib

Xersonda Rusiyanın çox sayda hərbi texnikası məhv edilib

Tarix : 27-04-2023   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
26 aprel 2023-cü il tarixdə Ukrayna Müdafiə Qüvvələri Xerson vilayətində 12 rus hərbçisini zərərsizləşdirib.

Azinfo.az APA-nın xəbərinə istinadən bildirir ki, bu barədə “Cənub” əməliyyat komandanlığından bildirilib.

Qeyd edilib ki, aviasiya və raket-artilleriya bölmələri Kaxovka rayonunda Rusiya ordusunun canlı qüvvəsinin cəmləşdiyi yeri darmadağın edib.
Sol sahildə 12 hərbçi, 19 ədəd silah və texnikanın məhv edildiyi vurğulanır. Bunların arasında 6 “Lancet” tipli pilotsuz təyyarə də yer alır.

Şərhlər: 0

Şərh yaz