Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » NATO Baş katibi: “Rusiya Ukraynada hücumlarını artıracaq”

NATO Baş katibi: “Rusiya Ukraynada hücumlarını artıracaq”

Tarix : 05-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Ukrayna qüvvələrinin güclü müqaviməti Rusiyanı öz müharibə planını dəyişməyə məcbur edib.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

O bildirib ki, hazırda Rusiya öz qüvvələrini yenidən qruplaşdırmaq, təchiz etmək və silahlandırmaq üzərində çalışırə

“Biz qarşıdakı günlərdə Rusiya qüvvələrinin Ukraynanın şərq və cənub istiqamətlərində hücumu artıracağını gözləyə bilərik. Rusiyanın məqsədi Donbas regionunu tam nəzarət götürmək və Krımla quru yolu yaratmaqdır”, - Stoltenberq vurğulayıb.

Şərhlər: 0

Şərh yaz