Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Fransada seçkilərlə bağlı Bakıda səsvermə məntəqəsi açılacaq

Fransada seçkilərlə bağlı Bakıda səsvermə məntəqəsi açılacaq

Tarix : 07-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Fransada keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıda səsvermə məntəqəsi açılacaq.

Bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 10-da Fransada prezident seçkilərinin ilk turu keçiriləcək. Bununla əlaqədar Bakıda yaşayan Fransa vətəndaşları şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə saat 08:00-dən 19:00-a kimi Bakı Fransız Liseyində gəlib səs verə bilər.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da, ikinci turu isə aprelin 24-də baş tutacaq.

Şərhlər: 0

Şərh yaz