Türkiyə XİN başçısı ABŞ-a səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 18-də Vaşinqtona səfər edəcək.
Bu barədə nazir türkiyəli jurnalistlərin sualına cavab olaraq bildirib.
O qeyd edib ki, səfər ABŞ Dövlət katibi Entoni Blinkenin dəvəti əsasında baş tutacaq.
Nazirin keçirəcəyi görüşlər çərçivəsində bir sıra mühüm məsələlər, o cümlədən Türkiyə ilə ABŞ arasında tərəfdaşlığa dair "Strateji Mexanizm" müzakirə olunacaq.
Şərhlər: 0
Şərh yaz
