Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » İstanbulda hərbi məktəbdə partlayış baş verib

İstanbulda hərbi məktəbdə partlayış baş verib

Tarix : 08-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Yanğın İstanbul Tuzla Hərbi Piyadə Məktəbi şəhərciyinin 41-ci Təmir Müdirliyinin Ar-Ge şöbəsində yerləşən sursat anbarında baş verib.

Gecə saat 02:00 radələrində baş verən partlayışdan dərhal sonra yanğın başlayıb.

Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın nəzarət altına alınıb. Hadisədə ölən və yaralanan olmayıb. Partlayışın səbəbi araşdırılır.

Şərhlər: 0

Şərh yaz