Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Şolts Moskvanı Ukraynada sülh üçün real danışıqlara başlamağa çağırıb

Şolts Moskvanı Ukraynada sülh üçün real danışıqlara başlamağa çağırıb

Tarix : 11-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Solts Moskvanı Ukraynada sülh üçün "real danışıqlara" başlamağa çağırıb.

Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putini Ukraynada atəşkəsə nail olmaq üçün səy göstərməyə çağırıb.

TASS agentliyi xəbər verir ki, o, bu barədə Albaniyanın baş naziri Edi Rama ilə birgə mətbuat konfransında bildirib.

“Biz birlikdə Putini atəşkəsə razılaşmağa, humanitar yardımın çatdırılmasına icazə verməyə və həqiqi sülh danışıqları aparmağa çağırırıq”, - deyə Şolts bildirib.

O, ATƏT üzvlərinin Avropada ümumi təhlükəsizlik naminə bir-biri ilə işləmək barədə razılığa gəldiyini iddia edib.

Şərhlər: 0

Şərh yaz