Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Fransa altı rus diplomatını arzuolunmaz şəxs elan edib

Fransa altı rus diplomatını arzuolunmaz şəxs elan edib

Tarix : 12-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Fransa daha altı rusiyalı diplomatı persona non-qrata (arzuolunmaz) elan edib.

Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Uzun araşdırmadan sonra Daxili Təhlükəsizlik Baş İdarəsi aprelin 10-u bazar günü Rusiya xüsusi xidmət orqanlarının ərazimizdə gizli əməliyyat həyata keçirdiyi üzə çıxarıb. Diplomatik pərdə altında fəaliyyət göstərən və fəaliyyəti milli maraqlarımıza zidd olan 6 rus agenti persona non-qrata elan edilib”, - deyə nazirlik bildirib.

Şərhlər: 0

Şərh yaz