Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Xarkovun atəşə tutulması nəticəsində 7 nəfər ölüb

Xarkovun atəşə tutulması nəticəsində 7 nəfər ölüb

Tarix : 15-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Rusiya ordusu Xarkov şəhərini atəşə tutub.

Bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının sədri Oleq Sinegubov “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 7 nəfər həlak olub, 34 nəfər yaralanıb.

Bütün xəsarət alanlara təcili tibbi yardım göstərilir.

“Xarkov sakinləri, sizdən xahiş edirəm ki, zərurət olmadıqca küçələrə çıxmayın”, - deyə Oleq Sinegubov vurğulayıb.

Şərhlər: 0

Şərh yaz