Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Rusiya Federasiyasının itkiləri: Ukrayna müdafiəçiləri 20 mindən çox hərbçini məhv edib

Rusiya Federasiyasının itkiləri: Ukrayna müdafiəçiləri 20 mindən çox hərbçini məhv edib

Tarix : 17-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Ukrayna müdafiəçiləri artıq 20,3 minə yaxın rus hərbçisini məhv ediblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhifəsində yer alan məlumatda deyilir.

Məlumata görə, Rusiya ordusunun fevralın 24-dən aprelin 17-dək şəxsi heyətində ümumi döyüş itkiləri təxminən 20 min 300 nəfərdir.
Bundan əlavə, 773 tank, 2 min 2 zirehli döyüş maşını, 376 artilleriya sistemi, 127 reaktiv yaylım atəşi sistemi, 66 hava hücumundan müdafiə sistemi, 165 təyyarə, 146 helikopter, 1 min 471 nəqliyyat vasitəsi, 8 gəmi/qayıq, 76 yanacaq-sürtkü materialı olan tank və 148 əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatı məhv edilib.

Həmçinin, Ukrayna ordusu 27 ədəd xüsusi texnika və 4 əməliyyat-taktiki raket sistemləri/taktiki raket kompleksləri atış qurğusunu məhv edib.

Şərhlər: 0

Şərh yaz